Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Bölgələr / Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi azad edilən torpaqlarda özünə restoran biznesi qurub

Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi azad edilən torpaqlarda özünə restoran biznesi qurub

Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov yeni biznes işlərinə əl qoyub. Belə ki, o, “Şahbulaq” qalasını restorana çevirərək orada bir şiş kabab 7 manat, bir dönər 5 manat, çay 5-7 manat və 0,250 ml fanta-kola soklarının da qiymətini 2 manatdan satışa qoydurub. Eyni zamanda Ağdama getmək istəyən vətəndaşların hər biri 35 AZN giriş haqqı ödəməlidirlər. Orta hesabla hər gün 100 nəfər rayon sakinləri el-obasını ziyarət etmiş olarsa 3500 manat pul ödəmiş olur. Bu da ay ərzində 105,000 mant məbləğində pul edir ki, həmin məbləğ Emin Hüseynovun yaratdığı restoranın gəlirindən əlavə olaraq, tək Ağdama girişdən “qazandığı” puldur. Hələ Şəhid qanının qurumadığı Ağdamda belə bir yol ilə pul qazanılması qəbuledilməz və yolverilməzdir.

Həmçinin oxuyun

Rusiya hərbçiləri ən sıx patrul xidmətini Şuşa və Tərtər istiqamətində aparır

Azərbaycan Respublikasının Laçın şəhəri, eyniadlı rayonun dəhlizə daxil edilmiş  kəndləri və keçmiş Dağlıq Qarabağ ərazisinin …