Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Bölgələr / Polis Şuşaya yürüş edən Ramin Hacılını saxladı – Video

Polis Şuşaya yürüş edən Ramin Hacılını saxladı – Video

Bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində saat 16:00-a Qarabağlı aksiya keçirməyi planlaşdıran Azərbaycan Avropa hərəkatının prezidenti Ramin Hacılı ilə əlaqə kəsilib.

3 gündür Horadizə doğru piyada yol gedən R.Hacılı son olaraq, saat 13:45-də öz profilində Füzuli rayonundan canlı yayıma qoşulub. Canlı yayım zamanı bir dəstə polis ona yaxınlaşıb və araşdırma apardıqlarını bildiriblər. Daha sonra polislər R.Hacılının əlindən telefonu alıb və canlı yayımı dayandırıblar. Ondan sonra R.Hacılı ilə əlaqə kəsilib, telefon zənglərinə isə cavab yoxdur.

Füzuli Rayon Polis Şöbəsindən Qaynarinfo-ya məsələ ilə bağlı heç bir açıqlama verə bilməyəcklərini bildiriblər.

Həmçinin oxuyun

Daha bir kəndə qaz verildi – VİDEO

15 iyun – Milli Qurtuluş Günü Ağcabədi rayonunun Boyat kəndinə təbii qaz verilib. Tədbirdə SOCAR Prezidenti …