Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Bölgələr / Polis şöbələri işğaldan azad edilən rayonlara köçürülür

Polis şöbələri işğaldan azad edilən rayonlara köçürülür

Daxili İşlər Nazirliyi işğaldan azad edilən ərazilərə polis şöbələrini köçürməyə başlayıb.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xocavənd Rayon Polis Şöbəsi işğaldan azad edilən Hadrut qəsəbəsinə yerləşdirilib.

Onun sözlərinə görə, işğaldan azad edilən Füzuli, Cəbrayıl, Zəngilan və digər rayonlara da polis şöbələrinin yerləşdirilməsi fərmana uyğun olaraq davam etdirilir.

E. Zahidov onu da bildirib ki, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.

Həmçinin oxuyun

Şuşa şəhərinin havadan görüntüsü- VİDEO

Müdafiə Nazirliyi Şuşa şəhərinin havadan videogörüntüsünü yayıb.Azinforum.az həmin görüntünü təqdim edir.