Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Bölgələr / Ölkəmizdə erkən nikahlar ən çox harada qeydə alınıb?

Ölkəmizdə erkən nikahlar ən çox harada qeydə alınıb?

Son illərdə Azərbaycanda erkən nikahlarının sayı 10 dəfə azalıb.
Bu barədə Media.Az-a müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri, Azərbaycan Respublikasının BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) nümayəndəsi Elgün Səfərov bildirib.
O vurğulayıb ki, erkən nikahların sayı 2012-ci ilə qədər ildə 3500-4000-ə çatırdısa, indi 350-400 arasındadır.
“Bundan əlavə, əvvəllər bu cür evliliklərdən doğulan uşaqların sayı 4000-5000 idisə, bu gün onların sayı 2000-dən çox deyil”, – deyə Elgün Səfərov əlavə edib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsininin məlumatına görə, 2019-cu ildə 18 yaşınadək 366 qadın nikaha girib. Bu faktların əksəriyyəti Aran zonasında qeydə alınıb (120). Gəncə-Qazax bölgəsi ikinci yerdədir (46) və Dağlıq Şirvan erkən nikahların sayına görə ilk üçlüyü bağlayır (42). Bundan sonra Lənkəran (35), Bakı (31), Quba-Xaçmaz və Yuxarı Qarabağ (22), Kəlbəcər-Laçın (18), Şəki-Zaqatala (14), Naxçıvan Muxtar Respublikası (12) və Abşeron (5) gəlir.

Həmçinin oxuyun

Ağdamda minaya düşən şəxsin ailə üzvlərindən tükürpədən açıqlamalar

İyunun 7-də Ağdam rayon sakini 1978-ci il təvəllüdlü Cəsarət Hətəmxanovun itkin düşməsi, daha sonra iyunun …