Ana səhifə / Bölgələr / Nöqsanlara görə işdən çıxarılan direktorun yerinə təyinat

Nöqsanlara görə işdən çıxarılan direktorun yerinə təyinat

Bərdə Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Bunula bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.

Əmrə əsasən, Vüsal Məmmədov Bərdə Rayon Mərkəzi Xəstaxanasına direktor təyin edilib.

Qeyd edək ki, Vüsal Məmmədov 2003-cü ildə Bərdə Rayon Mərkəzi Xəstəxanasında həkim kimi əmək fəaliyyətinə başlayıb.

V.Məmmədov 2013-cü ildən Bərdə Müalicə Diaqnostika Mərkəzində cərrah işləyir.

Qeyd edək ki, bundan əvvəl rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində işləyən Nizami Mehdizadə işində verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

“Cənab nazir Lerik kəndlərinin 70 faizi hələ də qazlaşdırılmayıb” – Firdovsi Şahbazov

Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə Cənab nazir! Ölkə Prezidenti cənab İlham Əliyevin …