Cümə axşamı , Avqust 11 2022
Ana səhifə / Bölgələr / Niyazi Bayramov tənqid edildi: Şəhid Natiq Əliyevin ailəsi üçün 5 kq yağ, 20 kq un, 10 kq şəkər tozu göndərib…

Niyazi Bayramov tənqid edildi: Şəhid Natiq Əliyevin ailəsi üçün 5 kq yağ, 20 kq un, 10 kq şəkər tozu göndərib…

Ötən gün ermənilərin təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Natiq Əliyevin ailəsi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdan şikayətçidir.

Pravda.az-ın xəbərinə görə, buna səbəb icra hakimiyyətinin N.Əliyevin ailəsi üçün 5 kiloqram yağ, 20 kiloqram un, 10 kiloqram şəkər tozu göndərməsi olub.

Şəhidin yaxınları bildiriblər ki, bununla mərasim keçirmək mümkün deyil. İcra hakimiyyətinin ərazidə olan əməkdaşları isə əlavə yardım edəcəklərini deyiblər.

Baş verənlərə görə icra başçısı sosial şəbəkədə kəskin tənqid edilib.

Məsələyə Gəncə Şəhər İcra Hakimiyyəti reaksiya verməyib.

Həmçinin oxuyun

Vasif Talıbov onlara mənzil və avtomobil hədiyyə etdi

Naxçıvanda şəhid ailəsi və qazilərə yeni mənzillərin və avtomobillərin, qüsursuz xidmət etmiş hərbi qulluqçuya yeni …