Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Bölgələr / Neftçalaya su kəmərini on günə çəkib bitirmək olar… – DEPUTAT

Neftçalaya su kəmərini on günə çəkib bitirmək olar… – DEPUTAT

“Havalar istiləşdikcə Neftçalada içməli su məsələsi daha çiddi problemə çevrilir”.
Bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib. Onun sözlərinə görə, Kürün Xəzərə tökülən yerində üzən qurgular işləyir, delta dərinləşdirilir:
“Buna baxmayaraq şor su Kür boyu qalxmaqda davam edir və artıq Surra kəndinə çatmışdir. Deməli, bu işdə bir yanlışlıq var. Deltada cənub istiqamətli Bala Kürü bağlamaq düzgün olmayıb. Balıq mafiyasına görə çayın təbii istiqamətini dəyişmək olmazdı. Bunu yerli adamlar deyir. Kürü tanıyan, təcrübəli adamlar… Mən də ötən yazımda buna işarə vürmuşdum. Doğrudur, yalandır? Qoy təcili komissiya yaradılsın, mütəxəssislər və yerli adamlar müzakirə eləsinlər, bir çıxış yolu tapılsın. Verilən təklif böyük xərc tələb eləmir… İndiki halda görülən işlər fəlakətin qarşısını almır, vəziyyəti daha da ağırlaşdırır…”
Sabir Rüstəmxanlı bildirib ki, Neftçalaya çəkilən su kəməri ilə bağlı qərar olmalıdır: 
“Bu, Aralıq dənizi sahilinə neft, qaz kəmərləri çəkən ölkə üçün su içimi kimi bir işdir. Yay uzunu 80 min əhalini maşınla, ovuc-ovuc paylanan suyla təmin etmək olmaz. 40 km-lik kəmər nədir ki?! Tikinti təşkilatları cəlb edilsə, gecə-gündüz iş getsə, on günə bitirmək olar… Gərək hökumətimiz Neftçalada vəziyyətin ciddiliyinə ciddi yanaşsın. Payızı gözləmək olmaz”.

Həmçinin oxuyun

Vasif Talıbov fərman imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “İcbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” …