Cümə axşamı , İyul 29 2021
Ana səhifə / Bölgələr / Neftçalada su problemi yarandı – VİDEO

Neftçalada su problemi yarandı – VİDEO

Neftçalanın Xolqarabucaq kəndinin sakinləri uzun müddətdir ki, su baxımından korluq çəkir. Dəniz suyu Kürə qarışdığından fermerlər əkin sahələrini şor su ilə suvara  bilmirlər. Bununla yanaşı sakinlər maşınla gətirilən içməli suyu da pulnan alırlar.

Xəzər dənizinin suyu  çaya  qarışdığından kəndlilər əziyyət çəkir.

Dəniz suyunun Kürə qarışması rayonun Xolqarabucaq kəndində ciddi problemlərə səbəb olub. Sakinlər deyir ki, əkin sahələrini  suvara bilmirlər. Kəndin ərazisində kürün şirin suyu şorlaşdığından sahələrə verilən şor su əkini məhv edir.

Sakinləri içməli suyu isə maşınlarla gətirirlər. Bu da onlar üçün əlavə xərcdir.

Neftçala rayon icra hakimiyyətindən bildirildi ki, çayda suyun səviyyəsi azaldığından dəniz suyu çaya qarışıb. Bu məsələ rayon rəhbərliyi tərəfindən  aidiyyatı qurmlar qarşısında qaldırılıb. Neftçala  Su kanalı sahəsinin rəisi Nizami Hüseynov isə xəzər xəbərə bildirdi ki, hər gün rayon üzrə 1000 kuba yaxın su  daşınaraq ərazilərə paylanır.O cümlədən sözügedən Xolqarabucaq  kənd sakinləri də tələbata uyğun  içməli su ilə təmin edilir. Amma  yay mövsümü olduğu üçün təbii ki, suya olan təlabat artır-deyə Nizami Hüseynov bildirib.

Həmçinin oxuyun

Bəy və gəlin vaksin vurdurmadıqları üçün toya buraxılmadı – FOTOLAR

Zərdab Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin vaksinasiya prosesi ilə bağlı mütəmadi olaraq monitorinqi …