Bazar , Noyabr 28 2021
Ana səhifə / Bölgələr / Nazirliyin unutduğu daha bir tarixi abidə məhv olur – FOTOLAR – VİDEO

Nazirliyin unutduğu daha bir tarixi abidə məhv olur – FOTOLAR – VİDEO

Oğuz rayonuna səfər edən sakinlərin əksəri Xal-xal şəlaləsinə gedir, dincəlir, istirahət edir. Ancaq V-VI əsrlərin yadigarı olan Calut alban monastrına baş çəkmək, deyəsən, kimsənin yadına düşmür.

Heç sizi qınamıram da… Çünki həyətində inəklər otlayan, giriş qapısının içəri hissəsində Mədəniyyət Nazirliyinin inventarında olduğuna dair lövhə asılan bu məbədi əminəm ki, nazirliyin özündə belə unudublar…

Bakıdan təxminən 260 km yolu gəlirsən ki, tarixə baş çəkəsən, kəndin heç bir yerində burada qədim alban məbədinin olduğuna dair lövhəyə və yaxud da işarəyə rast gəlməməyin azmış kimi, üstəlik kənd sakinlərindən soruşduğunda da doğru-dürüst istiqamət ala bilmirsən. Kənd sakinlərindən kimdən soruşduqsa, “bu yol ilə dümdüz get, üstünə çıxacaqsan” cavabını aldıq… Dedikləri kimi də etdik, lakin gedib boş və məbədsiz əraziyə çıxdıq.

Uzun əziyyətdən sonra axır ki, məbədi tapa bildik. Məbədin memarlıq üslubu mənə daha öncə Şəkinin Daşbulaq kəndində daha baxımsız vəziyyətdə gördüyüm və daha öncə sizinlə paylaşdığım alban məbədini xatırlatdı. Məbədlərin zalları da çox bənzərdir. Amma Calut monastrı daha sağlam və təmiz qalmağı bacarıb.

Məbəd və tarixi haqqında geniş məlumatı “Vikipediya”dan ala bilərsiniz.

Ümid edirəm ki, ən qısa zamanda dövlət səviyyəsində buraya diqqət göstəriləcək, məbədə aparan bərbad yollar bərpa edilib, işarələrlə təmin ediləcək ki, turistlər buraya gələrkən çətinlik çəkməsin.

Həmçinin oxuyun

Rusiya hərbçiləri ən sıx patrul xidmətini Şuşa və Tərtər istiqamətində aparır

Azərbaycan Respublikasının Laçın şəhəri, eyniadlı rayonun dəhlizə daxil edilmiş  kəndləri və keçmiş Dağlıq Qarabağ ərazisinin …