Çərşənbə , Mart 22 2023
Ana səhifə / Bölgələr / Naxçıvanın yeni polis rəisi: dünya çempionudur, məşhur nəsildəndir

Naxçıvanın yeni polis rəisi: dünya çempionudur, məşhur nəsildəndir

Xəbər verdiyimiz kimi, ötən gün Naxçıvan Şəhər Polis İdarəsinə yeni rəis təyin olunub.

Bu vəzifəyə polkovnik Qazıbəyov Eldar Nadir oğlu gətirilib.

O, bundan qabaq Nəsimi rayon Polis İdarəsinin rəis müavini olub.

Qeyd edək ki, Eldar Qazıbəyov vaxtilə Sabunçu və Suraxanı rayonlarının polis rəisi vəzifələrində çalışmış mərhum polis polkovniki Etibar Qazıbəyovun qardaşı oğludur.

“Qafqazinfo yeni rəislə bağlı maraqlı məlumatlar əldə edib. Eldar Qazıbəyovun uzun illər peşəkar idmanla məşğul olduğu bildirilir. O, idmanın tayboks və muay-tay növləri üzrə dünya çempionudur.

Həmçinin oxuyun

Naxçıvanda yanacaq qıtlığı yarana bilər – Video

Naxçıvanda yanacaq qıtlığı yarana bilər. TIR sürücüləri artıq 10 gündən çoxdur ki, yola çıxmaqdan imtina …