Bazar ertəsi , May 27 2024
Ana səhifə / Bölgələr / “Naxçıvanın keçmişdə olan ipəkçilik şöhrətini özünə qaytaracağıq” – Baş konsulu

“Naxçıvanın keçmişdə olan ipəkçilik şöhrətini özünə qaytaracağıq” – Baş konsulu

“Naxçıvanın keçmişdə olan ipəkçilik şöhrətini özünə qaytaracağıq”. 

Bunu Naxçıvan televiziyasına müsahibəsində Türkiyə Naxçıvandakı baş konsulu Asip Kaya deyib.

“Bu gün Naxçıvanda baramaçılığı və ipəkçiliyi inkişaf etdirmək üçün tut tingləri əkdik. Bu layihənin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Bildiyiniz kimi Türkiyə, əsasən də Bursa bölgəsində baramaçılığın inkişafı əhəmiyyətli dərəcədə yüksəlib. Bu sahədəki təcrübəmizi Naxçıvanla paylaşırıq”, – baş konsul bildirib.

Asip Kaya deyib ki, bundan sonra Naxçıvanda yeni bağlar salınacaq.

Qeyd edək ki, martın 29-da Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin əməkdaşlığı çərçivəsində Ordubad rayonunun Əylis Düzü adlanan ərazisində Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Azərbaycan – Türkiyə ipək bağı” salınıb. Əylis Düzündə 1,2 hektar ərazidə yeni salınan bağda Türkiyədən gətirilmiş 600-dən çox tut tingi əkilib.

Həmçinin oxuyun

Göyçayda təhsil ocağının həyətindən cadu TAPILDI: “Liseyə daxil olarkən hər kəsi yuxu basır” – VİDEO

Göyçay Peşə Liseyinin həyətindən ərəb əlifbası ilə yazılan kağız parçalarında cadu aşkarlanıb. Faktı təhsil ocağının …