Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Bölgələr / Naxçıvanın bütün şəhərlərinin baş planları HAZIRLANACAQ

Naxçıvanın bütün şəhərlərinin baş planları HAZIRLANACAQ

Naxçıvan Muxtar Respublikasının bütün şəhərlərinin baş planları hazırlanacaq.

Bunu Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iyulun 13-də Naxçıvan şəhərində yeni “Ümid” yaşayış kompleksinin istifadəyə verilməsi zamanı deyib.

Onun sözlərinə görə, Naxçıvanda indiyə qədər aparılan tikinti işlərində nöqsanlara yol verilib, əhalinin mülkiyyət hüququ pozulub, aparılan tikinti işlərində funksionallıq və memarlıq işi lazımi səviyyədə olmayıb.
“Bu gün hazırlanan yeni layihələr isə elmə yanaşma və qanunvericiliyin tələblərinə əsaslanır:

“Təəssüf ki, muxtar respublikada Naxçıvan şəhərindən başqa, heç bir şəhərin baş planı yoxdur. Naxçıvan şəhərinin baş planı 1984-cü ildə hazırlanıb. Baş planda isə həmin ildən indiki dövrə qədər şəhərdə baş verən inkişafla bağlı heç bir qeydiyyat aparılmayıb. Zərurət nəzərə alınaraq, muxtar respublikanın bütün şəhərlərinin baş planları hazırlanacaq”,- deyə o qeyd edib.

Həmçinin oxuyun

Astarada kitabxana işçiləri arasında insident: “İş otağıma hücum edib məni söydü”

Astara Rayon Mərkəzi Kitabxanasında işçilər arasında insident olub.“Qafqazinfo” xəbər verir ki, kitabxanada mütəxəssis vəzifəsində çalışan …