Cümə , Yanvar 21 2022
Ana səhifə / Bölgələr / Naxçıvanın əməkdar artisti vəfat etdi – FOTO

Naxçıvanın əməkdar artisti vəfat etdi – FOTO

Aktyor, teatr rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rzayev vəfat edib.

Bu barədə Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktor müavini Səməd Canbaxşıyev məlumat verib.

O bildirib ki, aktyor bu gün günorta saatlarında vəfat edib.

Qeyd edək ki, Vüsal Rzayev 1968-ci ildə Naxçıvanda anadan olub. 1999-cu ildən aktyor kimi fəaliyyət göstərən Vüsal Rzayev Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalarda rol alıb. O, həmçinin, C. Məmmədquluzadənin hekayələri və “Ər” pyesi əsasında hazırlanan “Pirverdinin xoruzu” , “Göz ağrısı” və “Eşq bəlası” bədii televiziya filmlərinin ssenari müəllifi və quruluşçu rejissoru olub./apaVüsal Rzayev

Həmçinin oxuyun

“Qarabağın internet təchizatı üçün fəaliyyət planı hazırlanıb” – RƏSMİ

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin internet təchizatı üçün konkret fəaliyyət planı hazırlanıb”. Bunu rəqəmsal inkişaf …