Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Bölgələr / Naxçıvanda yenə qaz və işıqpulu borcu qeydə alınmayıb – FOTO

Naxçıvanda yenə qaz və işıqpulu borcu qeydə alınmayıb – FOTO

Naxçıvan Muxtar Respublikası üzrə 2019-cu ilin noyabr ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.

Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% yerinə yetirilib.

Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.

Həmçinin Dövlət Energetika Xidməti üzrə 2019-cu ilin noyabr ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.

Qeyd olunub ki, noyabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 35 milyon 463 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 26 min 700 manat olub, cəmi 3 milyon 24 min manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 99,9 faizini təşkil edir.

Azvision.az

Həmçinin oxuyun

“Şamaxıda vulkan məhsulu 3 hektar əraziyə yayılıb” – Ceyhun Paşayev

Son dövrlər ölkəmizdə seysmik aktivlik artdığına görə tez-tez palçıq vulkanlarının püskürməsi müşahidə olunur. Budəfəki püskürmə …