Cümə , Fevral 26 2021
Ana səhifə / Bölgələr / Naxçıvanda taktiki-xüsusi təlim keçirildi – FOTO

Naxçıvanda taktiki-xüsusi təlim keçirildi – FOTO

Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib.

Təlimə ordu aviasiyası və hava hücumundan müdafiə birləşmə və hissələri cəlb edilib.

Uçuşlar zamanı hücum təyyarələri, atəş-dəstək və nəqliyyat-döyüş helikopterləri ilə yer hədəflərinə aviazərbələr praktiki uçuşla təqlid edilib, hava hücumundan müdafiə vasitələrinin təsirinin dəf edilməsi üçün ən aşağı hündürlükdə mürəkkəb pilotoji manevrlər yerinə yetirilib.

Hava hücumundan müdafiə birləşmə və hissələri şərti hava düşmənini təqlid edən ordu aviasiyasının uçuşlarının aşkarlanması, izlənməsi və məhv edilməsi tapşırıqlarını məşq ediblər.

Taktiki-xüsusi təlimdə qarşılıqlı fəaliyyətin uzlaşmasına nail olunub.

Həmçinin oxuyun

Rusiya MN-dən Laçındakı SES-lə bağlı açıqlama

Rusiya sülhməramlıları Laçın su elektrik stansiyasının fəaliyyətinin bərpasına kömək ediblər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin …