Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Bölgələr / Naxçıvanda sürücülərin vaksinasiyasına başlanılıb

Naxçıvanda sürücülərin vaksinasiyasına başlanılıb

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq muxtar respublikada əhali arasında pandemiyaya qarşı peyvəndləmə davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin avtobus və taksi sürücüləri də “Sinovac” vaksininə cəlb ediliblər.

Bu məqsədlə akademik Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında xüsusi peyvənd otaqları yaradılaraq zəruri avadanlıqlarla təchiz edilib. Müayinədən keçirilən sürücülərin vaksinasiyasına başlanılıb.

Peyvəndləmənin birinci günü ərzində xüsusi işçi qrupu tərəfindən 116 sürücü “Sinovac” vaksininə cəlb edilib. Vaksinasiyada heç bir narahatlıq müşahidə olunmayıb.

Vaksinasiyanın ikinci günü ərzində isə günorta saatlarınadək 88 nəfər ilk doza alıb. Peyvəndləmə mayın 20-də də davam etdiriləcək.

Qeyd edək ki, 2-ci doza vaksinasiya ilk peyvənddən 28 gün sonra həyata keçirilir.

Həmçinin oxuyun

Azərbaycan və Türkiyə prezidentləri Şuşada maşınla gəzintiyə çıxdı VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ədoğan Şuşa şəhərində maşınla gəzintiyə çıxıb. …