Cümə axşamı , Sentyabr 21 2023
Ana səhifə / Bölgələr / Naxçıvanda sentyabrın pensiyaları ödənilib

Naxçıvanda sentyabrın pensiyaları ödənilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayının pensiya ödənişi başa çatdırılıb.

Nazirlikdən verilən məlumata görə, pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd olunub ki, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi üçün müvafiq işlər isə hazırda davam etdirilir.

Həmçinin oxuyun

Astarada kitabxana işçiləri arasında insident: “İş otağıma hücum edib məni söydü”

Astara Rayon Mərkəzi Kitabxanasında işçilər arasında insident olub.“Qafqazinfo” xəbər verir ki, kitabxanada mütəxəssis vəzifəsində çalışan …