Şənbə , Dekabr 5 2020
Ana səhifə / Bölgələr / Naxçıvanda seçkilər keçirilir

Naxçıvanda seçkilər keçirilir

Naxçıvanda Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər keçirilir. Səhər saat 8:00-da səsverməyə start verilib.

Azərbaycan Respublikasının Milli Məclisinə muxtar respublikada fəaliyyət göstərən 7 seçki dairəsi üzrə 25 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 9 nəfəri Yeni Azərbaycan Partiyasının, 2 nəfəri Böyük Quruluş Partiyasının, 1 nəfəri Azərbaycan Sosial Rifah Partiyasının, 1 nəfəri Vahid Azərbaycan Partiyasının nümayəndəsi, 12 nəfəri isə bitərəf namizədlərdir. Namizədlərdən 3 nəfəri qadındır.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə isə 45 seçki dairəsindən 140 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 87-si Yeni Azərbaycan Partiyasının, 1 nəfəri Azərbaycan Xalq Cəbhəsi Partiyasının nümayəndəsi, 52 nəfəri isə bitərəfdir. Namizədlərdən 18-i qadındır.

Muxtar respublika üzrə seçki məntəqələrində 35 veb-kamera quraşdırılıbdır. Həmin veb-kameralar aktivdir. Seçki prosesini dünyanın hər yerindən onlayn izləmək mümkündür.

Səsvermə saat 19:00-da bitəcək.

Həmçinin oxuyun

Qarabağda 1800 hektarlıq nar bağları da Azərbaycanın nəzarətinə keçdi…

44 günlük müzəffər savaşımız başlamamışdan öncə işğalçı və separatçı ermənilərin Azərbaycan Respublikasının işğal altındakı ərazilərində …