Bazar , Yanvar 24 2021
Ana səhifə / Bölgələr / Naxçıvanda qrip əleyhinə peyvəndləmə aparılır

Naxçıvanda qrip əleyhinə peyvəndləmə aparılır

Payız-qış aylarında havaların soyuması ilə mövsümi xəstəliklərin də sayı artır, qrip və kəskin respirator virus infeksiyalarına yoluxma halları çoxalır. Pandemiya dövründə isə bu virusa qarşı vaksinasiya daha da aktuallaşır. Elə bu səbəbdən qrip əleyhinə peyvənd olunmaq dünyada yayılan pandemiya ilə mübarizənin bir üsuludur.

Ötən həftədən başlayaraq qrip virusuna yoluxma riski daşıyan insanlar arasında bu virusa qarşı peyvəndləmə aparılır. Bu gün isə Naxçıvan şəhər uşaq bağçalarının işçiləri də qrip əleyhinə vaksinasiya edilib.

Qeyd edək ki, risk qrupuna daxil olan şəxslərə qrip peyvəndinin vurulması noyabrın sonunadək davam edəcək.

Həmçinin oxuyun

Füzuli rayonunun Aşağı Veysəlli kəndindən-Video

Müdafiə Nazirliyi düşmən işğalından azad edilən Füzuli rayonunun Aşağı Veysəlli kəndinin görüntülərini yayıb.  Həmin videonu …