Bazar , Yanvar 24 2021
Ana səhifə / Bölgələr / Naxçıvanda qazilərə xüsusi səhiyyə xidməti göstərilir

Naxçıvanda qazilərə xüsusi səhiyyə xidməti göstərilir

Naxçıvan Muxtar Respublika Xəstəxanasının təşkilatçılığı ilə Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimiz müalicəyə cəlb olunur, onlara yüksək səviyyədə səhiyyə xidməti göstərilir.

Növbəti humanitar tibbi aksiya Şərur rayonunda aparılıb.

Baş həkim Zəbur Bağırovun rəhbərliyilə 19 nəfərdən ibarət briqada Şərur rayonunun Şəhriyar, Danyeri, Qarahəsənli, Püsyan, Maxta, Oğlanqala, Gümüşlü, Təzəkənd, Alışar, Cəlilkənd, Xələc və Çərçiboğan kəndlərində yaşayan 18 Vətən müharibəsi qazisinə evlərində tibbi xidmət göstərib. Qazilər uroloji, cərrahi, terapevtik, kardioloji, rentgenoloji, laborator müayinələrdən keçirilib, müvafiq tibbi yardım göstərilib, dərman və maska, müvafiq təyinat və məsləhətlər verilib, 3 qazi rentgenoloji və fizioterapevtik müayinə və müalicə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə aksiya muxtar respublikanın digər rayonlarında da keçiriləcək.

Həmçinin oxuyun

Füzuli rayonunun Aşağı Veysəlli kəndindən-Video

Müdafiə Nazirliyi düşmən işğalından azad edilən Füzuli rayonunun Aşağı Veysəlli kəndinin görüntülərini yayıb.  Həmin videonu …