Cümə , Noyabr 27 2020
Ana səhifə / Bölgələr / Naxçıvanda qanunsuz yaşayan 3 əcnəbi aşkarlanıb

Naxçıvanda qanunsuz yaşayan 3 əcnəbi aşkarlanıb

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər iyun ayında da davam etdirilib.
Azinforum.az 
xəbər verir ki, xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 3 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbir görülüb.

Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 80 müraciət daxil olub. Həmin müraciətlər əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi və yenidən rəsmiləşdirilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılıb.

Həmçinin oxuyun

Allahverdi Bağırovun məzarı tapıldı (FOTO)

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun işğaldan azad olunan Ağdam rayonunda məzarı tapılıb. Bu barədə sosial …