Şənbə , İyun 3 2023
Ana səhifə / Bölgələr / Naxçıvanda qalmaqallı baş həkim işdən çıxarıldı

Naxçıvanda qalmaqallı baş həkim işdən çıxarıldı

“Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” publik hüquqi şəxsin baş həkimi Kəmalə Qurbanova vəzifəsindən azad edilib.
Azinforum.az
 NUHÇIXAN-a istinadən xəbər verir ki, bununla bağlı muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Samiq Sadıxov müvafiq əmr imzalayıb.
Baş həkim vəzifələrinin müvəqqəti icrası baş həkimin müavini Nəzakət Quliyevaya həvalə olunub.
Qeyd edilib ki, Naxçıvan Doğum Mərkəzi əhalinin ən çox narazı qaldığı, korrupsiyalaşmış və insanların incidildiyi səhiyyə müəssisəsi idi.
Xatırladaq ki, daha əvvəl K. Qurbanovanın belə əməlləri ilə bağlı mətbuatda və saytımızda yazı dərc olunub.

Həmçinin oxuyun

Naxçıvana ayrılan büdcə azaldılır

Naxçıvan Muxtar Respublikasının büdcəsinin öz gəlirlərinin 19,9 milyon manat artırılması və bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin …