Çərşənbə axşamı , Sentyabr 26 2023
Ana səhifə / Bölgələr / Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır

Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyi yaradılır

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi yaradılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilir.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavinlərinin vəzifələri inzibati vəzifələrin ikinci təsnifatında yer alacaq.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Həmçinin oxuyun

Məktəblini döyən keçmiş məmur uşaq evinin müdiri təyin edildi

Lənkəran icra başçısının məktəbliyə zorakılıq edən sabiq müavini internat məktəbinə direktor təyin olunub.  Məktəbliyə zorakılıq …