Çərşənbə , Aprel 24 2019
Ana səhifə / Bölgələr / Naxçıvanda pensiyaların orta aylıq məbləği 5,1 faiz artıb

Naxçıvanda pensiyaların orta aylıq məbləği 5,1 faiz artıb

Naxçıvan Muxtar Respublikasında 2018-ci ilin 1 oktyabr tarixinə pensiyaların orta aylıq məbləği 2017-ci ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artaraq 212 manatı ötüb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən verilən məlumata görə, yaşa görə pensiyaların orta aylıq məbləği 5,4 faiz çoxalaraq 230,47 manat təşkil edib. Eyni zamanda, cari ilin oktyabr ayında pensiyaların maliyyələşməsinə ötən ilin müvafiq dövrünə nisbətən 3,6 faiz çox vəsait yönəldilib.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında əmək pensiyası alanların sayı 53 min 608 nəfərdir ki, bu da muxtar respublika əhalisinin 11,78 faizini təşkil edir.

Həmçinin oxuyun

Lənkəranda kənd yolları sıradan çıxır – FOTO/VİDEO

Lənkəranın dağ kəndlərinə aparan yol tamamilə sıradan çıxa bilər. Cənub bölgəsinə düşən aramsız yağışlar Lənkəran …