Çərşənbə , İyun 19 2019
Ana səhifə / Bölgələr / Naxçıvanda məzunların 77 faizi tələbə adını qazanıb

Naxçıvanda məzunların 77 faizi tələbə adını qazanıb

Bu il Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə 2627 məzun sənəd verib, onlardan 2023-ü, yaxud 77 faizi tələbə adını qazanıb.

Bakunews.az “Report”a istinadən bildirir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib.

O, qeyd edib ki, 2017-2018-ci tədrisilində məzunlardan 13-ü “Qızıl”, 11-i “Gümüş” medallara, 151-i isə fərqlənmə attestatına layiq görülüb. Nazirin sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili, elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin yaradılması, elmi dərəcəli müəllimlər tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslərin keçilməsi şagirdlərin biliklərinin artırılmasında, vətənpərvərlik və milli mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasında, qabaqcıl təcrübənin öyrənilməsi və informasiya texnologiyalarından istifadə bacarıqlarının artırılmasında mühüm rol oynayır.

Həmçinin oxuyun

“Başçı bizə heç bir cavab vermədi” – GİLEY

Qobustan rayonu, Ərəbşahverdi kənd sakini Qaraş Mürşüd oğlu Allahverdiyev tərəfindən Prezident İlham Əliyevə müraciət ünvanlanıb. …