Ana səhifə / Bölgələr / Naxçıvanda məktəb faciəsində ölənlərin fotoları

Naxçıvanda məktəb faciəsində ölənlərin fotoları

Xəbər verdiyimiz kimi, ötən gün saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsi uçub və nəticədə 4 nəfər ölüb.

“Qafqazinfo” hadisədə ölən şəxslərin fotolarını əldə edib. Bunlar 1972-ci il təvəllüdlü Həsən Abbasəli oğlu Əliyev, 1961-ci il təvəllüdlü İbrahim Xəlil oğlu Məhərrəmov, 2000-ci il təvəllüdlü Qadir Nizami oğlu Süleymanov və 1988-ci il təvəllüdlü  Asəf İsmayıl oğlu Rüstəmovdur.

Faciəvi hadisədə həlak olan şəxslər Nehrəm qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Əlavə edək ki, hadisə nəticəsində 1996-cı il təvəllüdlü Alı Əliyev xəsarət alıb.

Qeyd edək ki, ölən şəxslər Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyirdi.

Fotoda Həsən Əliyev

 Fotoda İbrahim Məhərrəmov

Fotoda Qadir Süleymanov

Fotoda Asəf Rüstəmov

Həmçinin oxuyun

Zəngilanda çoxmərtəbəli bina olmayacaq

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin …