Bazar ertəsi , Mart 8 2021
Ana səhifə / Bölgələr / Naxçıvanda kombi istehsalına başlanıldı

Naxçıvanda kombi istehsalına başlanıldı

Naxçıvan Muxtar Respublikasında “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən istilik panelləri ilə yanaşı istilik sistemli kombilərin istehsalına başlanıb.

Azinforum.az xəbər verir ki, 8 mərhələli istehsal prosesi ilə yığılan istilik sistemli kombi cihazları 24, 28 və 32 kilovatlıq olmaqla 3 müxtəlif növdə hazırlanır. İstilik cihazların istehsalı zamanı istifadə olunan avadanlıqlar İtaliyanınn Çed və Siqma 845, Türkiyənin qabaqcıl istilik sistemləri istehsal edən EMKO və Almaniyanın Grundfos firmalarının məhsullarıdır.

Müəssisədə hazırda gündəlik 40 istilik cihazı hazırlanır. Lakin tələbat artarsa, növbəli iş rejiminə əməl olunmaqla istehsal olunan cihazların sayı artırılacaq. Qeyd edək ki, istehsal olunan məhsullar “Magna” əmtəə nişanı ilə satışa çıxarılacaq.

Təcrübəli mütəxəssislərin çаlışdığı müəssisədə 11 nəfər işlə təmin olunub.

Həmçinin oxuyun

Qazaxın işğaldakı kəndləri ermənilərdən boşaldılır?

Erməni sosial şəbəkələrində yayılan məlumata görə, Azərbaycanın Qazax rayonunun işğal altındakı 7 kəndi ilə bağlı …