Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin yanvar-avqust aylarında 323 milyon 769 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.
Bu barədə Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 14779 ton, süd istehsalı 69098 ton olub. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,8 faiz, süd istehsalı isə 1,4% artıb.