Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda internetin keyfiyyəti yaxşılaşdırılır

Naxçıvanda internetin keyfiyyəti yaxşılaşdırılır

Naxçıvan Muxtar Respublikasında mənzillərdə istifadə olunan internet tariflərində, xüsusilə ən çox istifadə olunan ADSL, yəni Asimmetrik Rəqəmsal Abunəçi Xətlərində keyfiyyət aşağı idi. Artıq bu gündən istər ADSL, istərsə də GPON xətlərdə keyfiyyət yüksəldilir. Məsələn, bundan öncə əgər istifadəçi müqavilədə nəzərdə tutulan 20 manatlıq 4 Mbit/s sürətində internetin ən yaxşı halda sadəcə 2 Mbit/s-ni əldə edirdisə, indi 20 manatlıq 4Mbit/s-yə yaxın göstərir.

Artıq bu istiqamətdə işlərə başlanılıb. Evlərdə ADSL internet tədricən GPON internetlə əvəz olunacaq ki, bu da sürət və keyfiyyətə müsbət təsir göstərəcək.

Hazırda Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi sosial şəbəkə hesablarında əhali arasında muxtar respublikada internetin vəziyyətini öyrənmək üçün sosial sorğu keçirir.

Report

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …