Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Bölgələr / Naxçıvanda heç kimin qaz və işıq pulu borcu yoxdur

Naxçıvanda heç kimin qaz və işıq pulu borcu yoxdur

Naxçıvan Muxtar Respublikası üzrə 2020-ci ilin aprel ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.

Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% yerinə yetirilib.

Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.

Həmçinin, Dövlət Energetika Xidməti üzrə 2020-ci ilin aprel ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.

Bildirilib ki, aprel ayında texniki itki nəzərə alınmaqla daxil olan 27 milyon 845 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 331 min manat olub. Cəmi 2 milyon 330 min 200 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,0 faizini təşkil edir.

Həmçinin oxuyun

Gəncədə yaralananların vəziyyəti necədir? – AÇIQLAMA

Ermənistan ordusunun Gəncənin mülki əhalisinə qarşı endirdiyi ballistik raket zərbəsi nəticəsində yaralanan şəxslərə bütün lazımi …