Ana səhifə / Bölgələr / Naxçıvanda heç kimin borcu yoxdur

Naxçıvanda heç kimin borcu yoxdur

Naxçıvan Muxtar Respublikası üzrə 2020-ci ilin may ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.

Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% yerinə yetirilib.

Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.

Həmçinin, Dövlət Energetika Xidməti üzrə 2020-ci ilin may ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.

Bildirilib ki, may ayında texniki itki nəzərə alınmaqla daxil olan 38 milyon 28 min kilovat-saat elektrik enerjisinin dəyəri 3 milyon 279 min 400 manat olub. Cəmi 3 milyon 289 min 600 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,3 faizini təşkil edir.

Azvision.az

Həmçinin oxuyun

Samuxdakı fermerlər məmurların əlindən imdad diləyir – “Batırıq…” + VİDEO

Samux rayon Ağasbəyli kəndində fermer fəaliyyəti ilə məşğul olan Anar Qəribov adlı vətəndaş Azinforum.az saytına …