Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Bölgələr / Naxçıvanda deputatların maaşı artırıldı

Naxçıvanda deputatların maaşı artırıldı

Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası keçirilib.

Sessiyada cari məsələyə – Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının əməkhaqlarının artırılmasına da baxılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, son dövrlərdə muxtar respublikanın sosial-iqtisadi inkişafı və əməkhaqlarının mərhələlərlə bir neçə dəfə artması bu məsələyə də baxılmasını zəruri edib. Bütün bunlar əsas götürülərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının əməkhaqlarının artırılması ilə bağlı qərar layihəsi hazırlanıb.

Qərar layihəsi oxunub və səsə qoyularaq qəbul edilib.

Həmçinin oxuyun

Ermənilər 22 günlük körpəni anasız qoydu — FOTO

Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həyatını itirən Tükəzban Mirzəliyevadan geriyə Kəmalə adında 22 günlük körpəsi …