Cümə , Dekabr 1 2023
Ana səhifə / Bölgələr / Naxçıvanda daha bir təyinat

Naxçıvanda daha bir təyinat

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti sədri təyin olunub.

Bununla bağlı muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov əmr imzalayıb.
Əmrə əsasən, Sahir Kamil oğlu Rüstəmov Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədri təyin olunub.

Qeyd edək ki, S.Rüstəmov bu təyinatadək DSMF-nin sədr müavini vəzifəsində çalışıb.

Həmçinin oxuyun

İTSDA müqavilə olmadan şirkətin Laçında təmir işləri aparmasına icazə verib – Fotolar

Laçın şəhərindəki binanın rayonun mərkəzi xəstəxanası kimi fəaliyyət göstərməsi üçün əsaslı təmir olunması istiqamətində işlərin …