Bazar , Fevral 25 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda daha 2 şirkət ləğv olundu

Naxçıvanda daha 2 şirkət ləğv olundu

Ötən ilin may ayında Naxçıvanda dövlət qeydiyyatına alınan “Naxmed-Nev” MMC (VÖEN- 0201434711) və 2014-cü ilin aprel ayında qeydiyyata alınan “Nəxşicahan Med” MMC (VÖEN- 0200728171) adlı şirkətlər ləğv olunur.
Ləğv olunan “Nəxşicahan Med” MMC-nin hüquqi ünvanı N.Əli̇yev küçəsi, ev 5, mənzil 5-də, “Naxmed-Nev” MMC-nin isə hüquqi ünvanı Cəlil Məmmədquluzadə küçəsi, ev 1, mənzil 1-də yerləşir.
Qeyd edək ki, son zamanlar Naxçıvada “Gəmiqaya” və “Nəxşicahan” adları ilə mövcud olan onlarla şirkət arasında birləşmə və parçalanmalar qeydə alınıb. Bu şirkətlərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olması ilə bağlı mətbuatda çoxsaylı yazılar yayımlanıb.
Aşağıdakı yazılarda son bir il ərzində qeydə alınan birləşmə və parçalanmalar haqqında ətraflı məlumat ala bilərsiniz:

Naxçıvanda bu dəfə 10 şirkət birləşdi – Talıbovlarla bağlılığı var

“Gəmiqaya İnşaat”ın da tərkibindən 10 şirkət ayrıldı – Təfərrüat

Naxçıvanda böyük kapitalla onlarla şirkət yaradılıb – Talıbovla bağlılığı var

Yeniavaz.com

Həmçinin oxuyun

16 yaşında nişanlanan qızın anası: “Bir-birlərini görüb bəyəniblər” – VİDEO

“Qızım 17 yaşının içindədir, oğlanın isə 35 yaşı var. Mən Bakıda olanda qızın şəkilini görüblər. …