Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Bölgələr / Naxçıvanda bu vəzifəli şəxs ayda 10 min manat maaş alır

Naxçıvanda bu vəzifəli şəxs ayda 10 min manat maaş alır

“Naxçıvan Sağlamlıq Mərkəzi” (Əvvəlki Diaqnostika-Müalicə Mərkəzi) publik hüquqi şəxsin direktoru Əli Orucov 10 min manat əməkhaqqı alır.

Bu barədə TNS-ə özəl mənbələrdən bildirilib.

Məlumatlı mənbənin sözlərinə görə, direktorun əməkhaqqı tibb müəssisəsinin gəlirlərinə adekvat deyil.

“Əgər direktor 10 min manat əməkhaqqı alırsa, o zaman mərkəzin baş həkiminə 7-8 min manat, həkimlərinə 4-5 min manat, tibb bacılarına isə ən azı 1500-2000 manat maaş verilməlidir. Halbuki indi bu, belə deyil. Direktordan başqa bütün tibbi heyət aşağı əməkhaqqı alır”, – məlumatda qeyd olunub.  

Həmçinin oxuyun

Xankəndidən unikal görüntülər – Video

Qarabağ Universiteti öz müəllimlərini və tələbələrini qarşılamağa hazırdır. Bu barədə AzTV-də yayımlanan “HƏFTƏ” ictimai-siyasi proqramında …