Ana səhifə / Bölgələr / Naxçıvanda bir şəhid ailəsi və beş qaziyə yeni mənzil verilib

Naxçıvanda bir şəhid ailəsi və beş qaziyə yeni mənzil verilib

Naxçıvanda bir şəhid ailəsi və beş qaziyə mənzil verilib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailəsi və qazilərlə görüşüb, İkinci Qarabağ müharibəsi şəhidinin ailəsinə, 5 qaziyə yeni mənzil, 11 qaziyə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılması zamanı sağlamlıq imkanlarını qismən itirmiş 1 nəfərə avtomobillər təqdim olunub.

F.Nəcəfli və Naxçıvan Muxtar Respublikasının baş naziri Səbuhi Məmmədov mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim ediblər.

Səlahiyyətli nümayəndə qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, uğurlar arzulayıb.

Şəhid ailəsinə və qazilərə verilən 2 və 3 otaqlı mənzillər Kəngərli rayonunun Qıvraq qəsəbəsində, Culfa vəNaxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulub, lazımi kommunal şərait yaradılıb.

Həmçinin oxuyun

Göyçaylıları narazı salan monopoliya, ucuz qiymət və alternativ bazarın yoxluğu

“Məhsul qiymətə gedər deyə şərikli 10 min pomidor şitili əkmişəm. Peşmanam, nə çəkdiyimiz xərc ödənir, …