Ana səhifə / Bölgələr / Naxçıvanda artilleriya bölmələri gecə şəraitində taktiki təlim keçirdi (VİDEO)

Naxçıvanda artilleriya bölmələri gecə şəraitində taktiki təlim keçirdi (VİDEO)

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən artilleriya bölmələri ilə gecə şəraitində döyüş atışlı taktiki təlim keçirilib.
Artilleriya bölmələri daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına hərəkət edərkən verilən müdaxiləyə uyğun olaraq hərəkətdən birbaşa döyüş düzülüşünə açılıb, atəş mövqelərini və müşahidə məntəqələrini tutaraq döyüş tətbiqinə hazırlanıb.
Təlimdə şərti düşmənin fəaliyyəti gecəgörmə imkanlarına malik kəşfiyyat vasitələri ilə izlənilib.
Atəş mövqeyi rayonlarından işıq təminatı ilə bərabər planlı və plandankənar hədəflərə döyüş atışları icra edilib.
Məhdudgörmə şəraitində keçirilən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Həmçinin oxuyun

Naxçıvanda hərbçilər üçün yeni yaşayış binası tikilir – VİDEO

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi qulluqçuların xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması …