Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Bölgələr / Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı

Naxçıvanda Ali Məclisin sessiyası çağırıldı

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasının çağırılması haqqında Qərarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov yanvarın 6-da imzalayıb.

Qərarda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası 2023-cü il yanvar ayının 10-da saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.

II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi

3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi

III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar”.

Həmçinin oxuyun

Şirvanda işıqfor korrupsiyası

Bu gün dünyada, Hüquq Mühafizə Orqanlarının adı gələndə hamının nəzər diqqətini alverdən kənar, kommersiyadan uzaq, …