Çərşənbə , İyun 19 2019
Ana səhifə / Bölgələr / Naxçıvanda 45 müəllim işlə təmin olunub

Naxçıvanda 45 müəllim işlə təmin olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə görüş keçirilib.
Belə ki, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov görüşdə bildirib ki, ilkin mərhələdə Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərində ixtisaslar üzrə, ümumilikdə 165 vakant iş yeri müəyyənləşdirilib. Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilən müsabiqəyə həmin vakant yerləri tutmaq üçün 528 namizəd sənəd təqdim edib ki, onlardan da 45 müəllim işlə təmin olunub.

Qeyd olunub ki, stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri seçən gənclərin doqquzunun yaşayış yeri Naxçıvan şəhəridir.

Gənclərin ucqar dağ kəndlərində həvəslə pedaqoji fəliyyətə başlamasına səbəb burda təhsil üçün yaradılan yüksək şəraitdir. Bundan başqa həmin yaşayış məntəqələri günü-gündən müasirləşir və ifrasturkturu yenilənir. Bütün bunlar isə təbii ki, muxtar respublikamızda həyata keçirilən məqsədli tədbirlərin məntiqi nəticəsidir.

Təhsil naziri yeni dərs ili münasibətilə gənc müəllimləri təbrik edib. Onlara xalqın milli-mənəvi dəyərlərinə yiyələnən, millətini və Vətənini sevən bilikli gənc nəsilin yetişdirilməsində səylə çalışmalarını tövsiyə edib.

Sonda gənc müəllimlərə metodiki vəsaitlər təqdim olunub.

Həmçinin oxuyun

“Başçı bizə heç bir cavab vermədi” – GİLEY

Qobustan rayonu, Ərəbşahverdi kənd sakini Qaraş Mürşüd oğlu Allahverdiyev tərəfindən Prezident İlham Əliyevə müraciət ünvanlanıb. …