Şənbə , Fevral 24 2024
Ana səhifə / Bölgələr / Naxçıvanda 2022-ci ilin büdcəsinə dair hesabat təhrif edilib – Rəsmi

Naxçıvanda 2022-ci ilin büdcəsinə dair hesabat təhrif edilib – Rəsmi

“Naxçıvan Muxtar Respublikasının 2022-ci ilin büdcəsinə dair hesabat göstəriciləri doğru deyil”​​​​​​​.
Bunu APA-ya müsahibəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Vüqar Gülməmmədov qeyd edib ki, 2023-cü ildə nəzarət tədbirləri portfellərinin təxminən 15%-i Naxçıvan Muxtar Respublikası ilə bağlı olub:
“Nəticələri ümumiləşdirsək deyə bilərik ki, Muxtar Respublikanın 2022-ci ilin büdcəsinə dair hesabat göstəriciləri doğru deyil. Doğru olmayan yalnız ümumi rəqəmlər deyil, eyni zamanda, struktur və ayrı-ayrı göstəricilərdə də təhriflər kifayət qədərdir. Yol verilmiş nöqsanlar maliyyə idarəetməsinə məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi, eləcə də bu sahə üzrə kifayət qədər bacarıq və biliklərə malik olmaması ilə əlaqəlidir. Nəticələrə dair geniş məlumat Fəaliyyət Hesabatımızda əks olunacaq”.

Həmçinin oxuyun

Tərtər rayon icra başçısından PREZİDENTƏ ŞİKAYƏT… – VİDEO

Ötən ilin avqust ayının 1-də Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri korrupsiya …