Çərşənbə , Aprel 24 2019
Ana səhifə / Bölgələr / Naxçıvana ilk qar yağıb

Naxçıvana ilk qar yağıb

Oktyabrın 26- dan 27-nə keçən gecə Naxçıvan ərazisinə bu mövsümün ilk qarı yağıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, bu hal muxtar respublikanın mövsümi iqlim şəraitinə uyğundur və normal hal sayılır. Bu payız müşahidə olunan ilk qar 2000 metr hündürlükdən yuxarı olan dağlıq ərazilərə yağıb. Dəniz səviyyəsindən 2000 metr hündürlükdə olan ərazilərdə qar örtüyünün qalınlığı 5 sm , 3000 metr yüksəkliklərdə isə 20 sm olub. 2000 metrdən aşağı olan dağlıq ərazilərə isə sulu qar yağıb. Qar yağışı əsasən Ordubad, Culfa və Şahbuz rayonlarının dağlarında qeydə alınıb.

Həmçinin oxuyun

Lənkəranda kənd yolları sıradan çıxır – FOTO/VİDEO

Lənkəranın dağ kəndlərinə aparan yol tamamilə sıradan çıxa bilər. Cənub bölgəsinə düşən aramsız yağışlar Lənkəran …