Cümə axşamı , Sentyabr 21 2023
Ana səhifə / Bölgələr / Naxçıvana ayrılan büdcə azaldılır

Naxçıvana ayrılan büdcə azaldılır

Naxçıvan Muxtar Respublikasının büdcəsinin öz gəlirlərinin 19,9 milyon manat artırılması və bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin (9,9 milyon manat) Muxtar Respublikanın büdcəsindən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına təmin edilməsi nəzərdə tutulur.
Azinforum.az
Maliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə məlumat dövlət büdcəsinə təklif edilən dəyişikliklərdə öz əksini tappıb.
Bildirilib ki, Muxtar Respublikanın büdcəsinə dövlət büdcəsindən ayrılan dotasiya 29,8 milyon manat və ya 6,2 faiz azaldılıb. Bunlar nəzərə alınmaqla, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş göstəriciyə nisbətən 9,8 milyon və ya 1,6 faiz manat azaldılmaqla 604,8 milyon manat təşkil edəcək.

Həmçinin oxuyun

Astarada kitabxana işçiləri arasında insident: “İş otağıma hücum edib məni söydü”

Astara Rayon Mərkəzi Kitabxanasında işçilər arasında insident olub.“Qafqazinfo” xəbər verir ki, kitabxanada mütəxəssis vəzifəsində çalışan …