Ana səhifə / Bölgələr / Naxçıvan şəhərində 2700 metrlik yeni su xətti çəkilir

Naxçıvan şəhərində 2700 metrlik yeni su xətti çəkilir

Naxçıvan şəhərində 2700 metrlik yeni su xətti çəkilir.

“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan “Su kanalizasiya” İdarəsi içməli su təminatının yaxşılaşdırılması məqsədilə Əliabad qəsəbəsindən başlayaraq Duzdağ Fizioterapiya Mərkəzini, “N” hərbi hissəsini və Dövlət Yol Polisi İdarəsinin inzibati binasını əhatə edən 2700 metrlik su boru xəttinin çəkilişinə dair müvafiq işlərə başlanılıb.

Yanvar ayı ərzində magistral su xətlərində 15 qəza baş verib ki, həmin qəzalar da dərhal aradan qaldırılıb. Eyni zamanda daxil olan müraciətlər əsasında 11 ədəd nasaz sayğac yenisi ilə əvəz olunub.

Həmçinin oxuyun

Kürdə batan ata və qızın yaxınları danışdılar: “Uşaq əlindən çıxıb düşüb suya…” – VİDEO

Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub. Baku TV-yə danışan ata …