Şənbə , Aprel 20 2024
Ana səhifə / Bölgələr / Naxçıvan məktəblərində qazanxanalar yenidən quraşdırılacaq

Naxçıvan məktəblərində qazanxanalar yenidən quraşdırılacaq

Naxçıvan məktəblərində qazanxanalar standartlara uyğun yenidən quraşdırılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, hazırda Naxçıvan şəhərində və rayonlarda 211 ümumtəhsil, 20 məktəbəqədər, 35 məktəbdənkənar və 4 peşə məktəbi fəaliyyət göstərir. Bu məktəblərin içərisində lisey tipli təhsil müəssisələri var ki, şagirdlər həmin məktəblərin yataqxanasından da istifadə edirlər. Ötən dövrdə məktəb binalarının inşası zamanı tikinti normalarına riayət olunmayıb, qazanxanalar əksər binaların daxilində yerləşdirilib.

Mütəxəssislər bildirirlər ki, binaların inşası zamanı qazanxanalar 20-25 metr aralıda, xüsusi tikililərin içərisində olmalıdır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi Etibar Məmmədov jurnalistlərə bildirib ki, gələcək üçün hansısa bir baş vermiş hadisə zamanı binanın çökməsinə, insanların təxliyəsinin minimuma enməsinə, kütləvi şəkildə insan tələfatına gətirib çıxara bilər.

Son zamanlar muxtar respublikada aparılan tikintilər zamanı FHN ilə razılaşdırmalar aparılır.

“Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər üzrə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda da bu amillər nəzərə alınıb və qazanxanaların standartlara uyğun inşası üçün vəsait ayrılıb. İlkin mərhələdə istilik sistemləri daxilində yerləşən təhsil müəssisələri müəyyənləşdirilib.

Naxçıvan MR Təhsil Nazirliyinin əməkdaşı Elnur Qasımov bildirib ki, ilkin olaraq 2024-cü ildə 12 təhsil müəssisəsi müəyyənləşdirilib ki, istilik sistemlərinin binadan kənara çıxarılması ilə bağlı tender elan olunacaq ki, mərhələli şəkildə 130 təhsil müəssisəsində istilik sistemləri binadan kənara çıxarılacaq.

Həmçinin oxuyun

Canına qəsd edən qazinin atası: “Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar

“Oğlum işsizlikdən, həyat şəraitinin acınacaqlı olması səbəbindən bezib canına qəsd etdi”.Bunu Yeniavaz.com-a yaşadığı evdə canına qəsd …