Çərşənbə , Sentyabr 27 2023
Ana səhifə / Bölgələr / Naxçıvan İcra Hakimiyyətində milyonluq mənimsəmələr üzə çıxarıldı

Naxçıvan İcra Hakimiyyətində milyonluq mənimsəmələr üzə çıxarıldı

Naxçıvan Şəhər İcra Hakimiyyətində yoxlamalar başa çatdırılıb.
Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il üzrə İş Planına uyğun olaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti və onun tabeli təşkilatları üzrə dövlət vəsaitinin istifadəsinin auditi aparılıb. Audit 2021-2022-ci illəri əhatə etmiş və uyğunluq auditi formasında həyata keçirilib.
Nəzarət tədbiri nəticəsində 1 792 167 manat məbləğində artıq və qanunsuz əməkhaqqı ödənilməsi, 564 407 manat məbləğində mal alışının əmtəəsiz sənədləşdirilməsi, 2 955 000 manat məbləğində vətəndaşlardan vəsaitin qanunsuz tələb edilməsi halları müəyyən edilib.
Auditlə, həmçinin icra hakimiyyətinin tabeli qurumlarında küçələrin işıqlandırılması xərclərinin sayğac göstəricilərinə uyğun aparılmadığı, istehsalçılara satılmış suyun faktiki həcminin rəsmiləşdirilmiş göstəricidən nəzərəçarpacaq dərəcədə az olduğu, malların baha qiymətə rəsmiləşdirildiyi, dövlət əmlakından qanunsuz istifadə edildiyi və büdcəyə çatacaq vergilərin ödənilmədiyi də aşkar olunub.
Müəyyən olunmuş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal edilməsi nəzərə alınaraq Hesablama Palatasının Kollegiyası tərəfindən auditin nəticələrinə dair müvafiq materialların hüquq mühafizə orqanlarına göndərilməsi qərara alınıb.

Həmçinin oxuyun

“Nazir müavini və Ağsunun icra başçısı əlbir olub istirahət mərkəzimizi əlimizdən alır”-Video

Ağsu rayonunda fəaliyyət göstərən “Şöhlətoğlu” istirahət mərkəzinin təsisçisi İsmayılov Məhəbbət Kamil oğlu Azinforum.az-a verdiyi eksklüziv …