Cümə , Oktyabr 22 2021
Ana səhifə / Bölgələr / Naxçıvan-Gəncə-Naxçıvan reysi fəaliyyətə başlayıb

Naxçıvan-Gəncə-Naxçıvan reysi fəaliyyətə başlayıb

Naxçıvan Beynəlxalq Hava Limanında Beynəlxalq və yerli reyslərin sayı artırılır. Bu tədbirlərin davamı olaraq Rusiya Federasiyasında fəaliyyət göstərən İRAERO aviaşirkəti tərəfindən Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti üzrə ilk reys həyata keçirilib.

Azinforum.az xəbər verir ki, ilk uçuşu sentyabrın 16-da həyata keçirilən bu reys həftədə 1 dəfə cümə axşamı yerinə yetiriləcək.

Reysin uçuş müddəti 40 dəqiqədir. Naxçıvandan uçuş 16:10-da, Gəncədən isə 18-10-da baş tutacaq. Sərnişinlərin nəzərinə çatdırmaq istəyirik ki, bu reysə bilet almaq istəyənlər Naxçıvan şəhərində və Ordubad rayonunda yerləşən aviakassalardan bilet əldə edə bilər.

Naxçıvan televiziyasının əməkdaşları bununla bağlı videomaterial hazırlayıblar.

Həmçinin oxuyun

Bu teatrın direktoru mənimsəməyə görə işdən çıxarıldı

Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov işdən çıxarılıb. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. …