Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Bölgələr / Naxçıvan daxili işlər naziri müvafiq tapşırıqlar verdi – VİDEO

Naxçıvan daxili işlər naziri müvafiq tapşırıqlar verdi – VİDEO

Naxçıvan Muxtar Respublikasının yeni təyin edilən daxili işlər naziri Süleyman Nemətov Ordubadda vətəndaşları qəbul edib.

Qəbulda bütün müraciətlər diqqətlə yoxlanılıb, uçot-qeydiyyatı aparılmaqla nəzarətə götürülüb. 

74 vətəndaşı dinləyən Süleyman Nemətov onların problemlərinin həlli üçün baş idarə, idarə və şöbə rəislərinə müvafiq tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti elə yerindəcə həllini tapıb.

Araşdırma tələb edənlərin isə mahiyyətinə uyğun və nəticəsindən asılı olaraq müvafiq qərarlar qəbul ediləcək. 

Naxçıvan Daxili İşlər Nazirliyindən bildirilib ki, nazirin qəbulu bundan sonra da davam etdiriləcək.

Həmçinin oxuyun

Lerikin Ağçay kəndi: “İş yoxdur, cavanlar dolanmaq üçün kəndi tərk edirlər”

Lerikin Ağçay kəndi get-gedə boşalır, kəndlilər yol və işsizlik problemi səbəbindən köçməyə məcbur qalıblar. Kənddə …