Çərşənbə axşamı , Avqust 3 2021
Ana səhifə / Bölgələr / “Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarıldı

“Naxçıvan” Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyindən çıxarıldı

“Naxçıvan” Beynəlxalq Hava Limanı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilib.

Azinforum.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Müvafiq olaraq “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib və “Naxçıvan” Beynəlxalq Hava Limanı “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin tabeliyindən çıxarılıb.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etmək tapşırılıb.
Bu Qərar 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

Həmçinin oxuyun

“Azərişıq” ASC-nin Lənkərandakı “ölüm məntəqələri” – Transformatorlarda narkomanlar yuva salıblar + VİDEO

Ölkəmizdə “Azərişıq” ASC-nin bərbad vəziyyətdə olan transformator məntəqələrinə tez-tez rast gəlmək olar. Xüsusilə də bölgələrimizdə …