Şənbə , İyul 24 2021
Ana səhifə / Bölgələr / Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir

Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir

Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu fəaliyyətini bərpa edir.

Bu barədə Muxtar Respublikanın Dövlət Nəqliyyat Xidmətindən məlumat daxil olub.

Bildirilib ki, bu marşrut üzrə ilk avtobus iyulun 17-də yola düşəcək. Sərnişinlərin PCR testindən keçməyinə ehtiyac yoxdur. Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu üzrə gün ərzində 4 avtobus xidmət göstərəcək.

Avtobuslara bilet almaq istəyənlər muxtar respublika avtovağzallarına müraciət edə bilərlər.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu ötən ilin mart ayında fəaliyyətini dayandırmışdı.

Həmçinin oxuyun

Ağdaşda bayram günü gəlinə qarşı qaynana və qayın şiddəti

Azərbycanda qadına qarşı şiddət dayanmır. İnsanlıqdan uzaq, dinimzə yad, dəyərlərimizə zidd qadın döyülmələri davam edir. …