Şənbə , Yanvar 23 2021
Ana səhifə / Bölgələr / Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı

Naxçıvan Ali Məclisinin sessiyası çağırıldı

İyulun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasının çağırılması haqqında Qərar”ı imzalayıb.

Qərarda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci mad­dəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyası 2020-ci il iyul ayının 21-də saat 1100-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələ verilsin:
2020-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar”.

Həmçinin oxuyun

Şuşaya yuxu kimi səfər – FOTOLAR

30 il həsrətini çəkdiyimiz işğal altındakı torpaqlara qayıdırıq. 44 günlük Vətən Müharibəsinin davam etdiyi günlərdə, …